Browsing monthly archive

İyun 2022

Bərdədə Qarabağın tacı olan Şuşa musiqiylə xatırlanıb

Bərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Növbəti tədbir Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində reallaşıb. “Qarabağın tacı Şuşam” adlı tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Öncə tədbir iştirakçıları “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisinə baxış keçiriblər. Tədbir Azərbaycanın […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. İyunun 3-dən 11-dək bakalavriat səviyyəsində 97 qrup üzrə 1840 tələbə ümumilikdə 179 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət […]

Mingəçevir Dövlət Universiteti regionda təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir

2022-ci ilin 10 iyun tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının inkişafına töhfə məqsədilə regionda yerləşən ali, peşə və orta təhsil müəssisələri arasında əməkdaşlığın potensial istiqamətləri müzakirə edilib. Müzakirələrdə iştirak edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və Bərdə Peşə Liseyinin […]

Mingəçevir Dövlət Universitetini “TEKNOFEST Azərbaycan”da təmsil etmiş komandalar ilə görüş keçirilib

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetini (MDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təmsil etmiş komandaların üzvləri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov universitetdə qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında iştiraka xüsusi önəm verildiyini vurğulayıb. Rekor festivala müraciət edən MDU-nun 17 komandasından 3-nün finala yüksəlməsini regionda […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

2022-ci ilin 8-9 iyun tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində təşkil edilən imtahan prosesini izləyib. Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, tələbələrin imtahanlara hazırlığı, biliklərin qiymətləndirilməsi və müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib. Qeyd edək ki, MDU-da iyunun 1-dən başlanan yaz imtahan sessiyası iyulun […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan […]

“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi uğurla icra olunur

2022-ci ilin 7 iyun tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qaliblərindən olan “Mingəçevir Dövlət Universitetində (MDU) kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair hesabat görüşü keçirilib. “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan görüşdə Təhsil Nazirliyinin müvafiq əməkdaşları, MDU-nun bir […]

Mingəçevir Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində 2021-ci ilin 10-11 dekabr tarixlərində keçirilmiş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda I beynəlxalq elmi konfransın materialları iki cildlik məcmuə şəklində dərc edilib. Qeyd edək ki, MDU tarixində ilk dəfə baş tutan beynəlxalq konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci […]

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtsaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər. Ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara […]

Sakinlər icra başçısına dedilər ki, zirzəmilər kanalizasiya suları ilə dolur

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyunun 10-da növbəti səyyar görüşünü keçirib. Ü.Hacıbəyov, M.Maqomayev  Rəsul Rza küçələrinin kəsişdiyi məhələdə baş tutan görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemləri qaldırıblar. Belə ki, mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılnasına səbəb olur. Cavabdehlik daşıyan […]