Browsing monthly archive

İyun 2022

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. İyunun 20-dən 24-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 2682 tələbə ümumilikdə 142 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,6 faiz olub. […]

Mingəçevir Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib

2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Əliağa Vahid küçəsinin sakinləri Mingəçevirin icra başçısından nə istədilər?

Aprelin 24-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əliağa Vahid küçəsindəki 4/1 saylı binanın qarşısında sakinlərlə görüşdü. Görüşə  Aydın Məmmədov, Nizami və Xətai küçələrindən də  dərd-sərlərini deməyə gələnlər vardı. Ən çox narahatlıq doğuran məsələlər işsizlik, kanalizasiya sularının zirzəmilərə axması, yaşıllığın suvarılması və təhlükə yaradan ağacların kəsilməsi, həyətlərin işıqlandırılması ilə bağlıydı. Məlum oldu ki, şəhərdə […]

Ümummilli Liderə həsr olunmuş festivalda fəxri yer tutan MDU tələbələri ilə görüş

2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı və təşkilaçtılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında “Müasir rəqs” nominasiyası üzrə II yer tutan tələbələrlə görüşüb. Ali təhsil müəssisələrinin tələbələri arasında […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti dəfə imtahan prosesini izləyib. Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsi, biliklərin qiymətləndirilməsi və daxil olan müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib, imtahanların gedişatı ilə bağlı müəllim və […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər. […]

Mingəçevir Dövlət Universitetində narkomaniya əleyhinə maarifləndirici seminar

2022-ci ilin 22 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun –“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Mən öz gələcəyimi seçirəm”  mövzusunda maarifləndirici seminar keçirilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Cəmiyyətin […]

Ali təhsil müəssisələri arasında keçirilən esse müsabiqəsinin qalibi olan MDU tələbəsi ilə görüş

2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında təşkil etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin qalibi olan universitetin IV kurs tələbəsi Günel Məmmədova ilə görüşüb. Respublika səviyyəsində keçirilən müsabiqədə birincilik əldə […]

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

23 iyun 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində […]

İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”

“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”. Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını […]