Browsing daily archive

İyun 25, 2022

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. İyunun 20-dən 24-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 2682 tələbə ümumilikdə 142 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,6 faiz olub. […]

Mingəçevir Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib

2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Əliağa Vahid küçəsinin sakinləri Mingəçevirin icra başçısından nə istədilər?

Aprelin 24-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əliağa Vahid küçəsindəki 4/1 saylı binanın qarşısında sakinlərlə görüşdü. Görüşə  Aydın Məmmədov, Nizami və Xətai küçələrindən də  dərd-sərlərini deməyə gələnlər vardı. Ən çox narahatlıq doğuran məsələlər işsizlik, kanalizasiya sularının zirzəmilərə axması, yaşıllığın suvarılması və təhlükə yaradan ağacların kəsilməsi, həyətlərin işıqlandırılması ilə bağlıydı. Məlum oldu ki, şəhərdə […]