Browsing daily archive

İyun 21, 2022

Mingəçevir Dövlət Universitetinin tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

2022-ci ilin 21 iyun tarxində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” mübadilə proqramı çərçivəsində cari semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində təhsil almış MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nadir Hüseynovla görüşüb. Mübadilə proqramı çərçivəsində təhsil müddətini uğurla başa vuran tələbəni təbrik edən rektor Ş.Bayramov, xaricdə təhsilin gənclərin hərtərəfli […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. İmtahan sessiyası dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftə hibrid formada təşkil olunur. Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və […]

Mingəçevir Dövlət Universitetində tələbələr narkomaniya əleyhinə maarifləndiriliblər

2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) narkomaniya əleyhinə maarifləndirmə məqsədilə tələbə və magistrantlar arasında “Narkomaniyaya “Yox” deyək!” devizi altında məlumatlandırıcı söhbətlər aparılıb. Gənclərlə aparılan söhbətlər zamanı narkomaniyanın səbəbləri və törətdiyi fəsadlar, onun insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, narkomaniyaya qarşı mübarizədə […]

MDU əməkdaşları Baş Prokurorluq tərəfindən Şəkidə təşkil olunan regional konfransda

2022-ci ilin 17 iyun tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Şəki şəhərində Milli Qurtuluş Günü münasibətilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib. Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə […]

Mingəçevir Dövlət Universitetində valideynlər növbəti dəfə imtahanları izləyiblər

2022-ci ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn növbəti dəfə cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə ediblər. Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə […]