“İntellektual klubların gənclər liqası”nın zona finalında Bərdə komandası qalib oldu
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilati dəstəyi ilə Mingəçevir, Ağcabədi, Ağdaş, Ağdam, Bərdə, Yevlax, Zərdab, Tərtər regionları arasında baş tutan seçim turunda 14 komandada 80-dən çox gənc iştirak edərək, öz intellektlərini yarışdırıb və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Bərdəni təmsil edən “Hərum” komandası daha çox suala doğru cavab verərək, zonanın qalibi olub […]