Browsing daily archive

İyun 5, 2022

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları Mingəçevir Sənaye Parkında infoturda

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına (MSP) infotur təşkil edilib. İnfoturda kafedranın bir qrup akademik heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər. İnfotur çərçivəsində universitet heyəti MSP-nin istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olublar, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar. İnfotur iştirakçılar tərəfindən […]

Mingəçevir Dövlət Universitetində “Karyera Günü”

2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin və “ParaBOKT” ASC-nin birgə təşkilatçılığı ilə “Karyera Günü” keçirilib. “ParaBOKT” ASC-nin mütəxəssisləri Gülnar Həsənova və Sənan Ağayev tələbələrə təmsil etdikləri şirkətin yaranması və fəaliyyəti, təcrübə proqramları, karyera və iş imkanları, işə qəbul prosesi və müsahibəyə hazırlıq barədə ətraflı məlumat veriblər. Sonra şirkətdə […]

Mingəçevir Dövlət Universitetində akademik heyət üzvləri ilə görüşlər

2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar olaraq “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyət üzvləri ilə onlayn formatda silsilə görüşlər keçirib. Görüş iştirakçılarını salamlayan rektor MDU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edib və mövcud qaydalara […]

Mingəçevir Dövlət Universitetində “Rektorla söhbət” layihəsinin növbəti görüşü

2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Rektorla söhbət” layihəsi çərçivəsində doktorantlarla görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov universitetin 30-a yaxın doktorant və dissertant əməkdaşları ilə fikir mübadiləsi aparıb. Görüş iştirakçılarını salamlayan Ş.Bayramov söhbətin əsas məqsədinin gənc əməkdaşların doktorantura təhsilinin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətini, onların universitetdə elmi, pedaqoji və idarəetmə karyeraları […]