Browsing monthly archive

May 2022

6 yaşlı mingəçevirli şahmatçı dünya birinciliyinin gümüş mükafatını qazandı

Mingəçevir Şahmat Məktəbinin 6 yaşlı yetirməsi, 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi   Yunanıstanda keçirilən Dünya birinciliyind rapid və sürətli şahmat üzrə ə gümüş mükafat qazanıb. Mingəçevir Şahmat Məktəbinin direktoru Eyyub Həsənovun mətbuata verdiyi məlumata görə,  3 saylı orta məktəbin 1-ci sinif şagirdi və şahmat məktəbinin 6 yaşlı yetirməsi Mehriban Əhmədli Yunanıstanda məktəblilər arasında […]

MDU əməkdaşlarının məqalələri nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti Mayıs Gülalıyev və i.f.d., baş müəllim Ruhiyyə Hüseynovanın həmmüəlliflərlə birgə yazdıqları elmi məqalə  “WSEAS Transactions on Business and Economics”  jurnalının 2022-ci il tarixli, 19-cu cildində dərc edilib. “Neft ixrac edən ərəb ölkələrində neft qiyməti şoklarının iqtisadiartıma təsirinin qiymətləndirilməsi” (İngilis dilində: “Assessing the Impact of the Oil […]

Mingəçevir Dövlət Universitetində “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzusunda seminar

2022-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Ercan Nurcan Yılmaz tərəfindən “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzusunda elmi-praktiki seminarı keçirilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin moderatorluq etdiyi seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, magistrantlar və […]

MDU tələbələri istehsalat təcrübəsində

2021/2022-ci tədris ilinin yaz semesterində Mingəçevir Dövlət Universitetinin (MDU) buraxılış kursları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər. Mühəndislik fakültəsindən 101, Təhsil fakültəsindən 241, İqtisadiyyat və idarəetmə fakültəsindən 188 nəfər olmaqla, ümumilikdə 530 tələbə Mingəçevirdə və ətraf regionlarda fəaliyyət göstərən müvafiq müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsinə cəlb ediliblər. Təcrübə Azərbaycan Respublikası Nazirlər […]

Mingəçevir Dövlət Universitetində “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar

2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar keçirilib. Universitetin bir qrup akademik və inzibati heyət üzvünün, tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının İxtisas komissiyasının sədri, mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım […]

Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi MDU-da təlim keçib

2022-ci ilin 19 – 28 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının baş müvəkkili Ülvi Məmmədov tərəfindən tələbələr üçün təlimlər keçirilib. Təlimlər gənclərdə liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sosial məsuliyyət hisslərinin gücləndirilməsi və könüllülük fəaliyyətinin təşviqi məqsədi daşıyıb. Ayrı-ayrı təlim günlərində Ü.Məmmədov “Liderlik və komanda […]

MDU kollektivi Mingəçevir Telekommunikasiya Qovşağında infoturda

2022-ci ilin 26 aprel tarixində Mingəçevir Dövlət Universiteitnin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının bir qrup əməkdaşı, tələbə və magistrantları “Aztelekom” MMC-nin tabeliyində fəaliyyət göstərən Mingəçevir Telekommunikasiya Qovşağında (MTQ) infoturda olublar. İnfotur MDU-da informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının artırılıması, müasir telekommunikasiya sistemlərinin qurulmasında istifadə edilən cihazlar və onların iş […]

Rutqers Universitetinin professoru Mingəçevir Dövlət Universitetində seminarda

2022-ci ilin 27 aprel tarixində ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Rutqers Universitetinin professoru Huşəng Əmirəhmədi Mingəçevir Dövlət Universitetində (MDU) “Dayanıqlı inkişafda təhsilin artan rolu” mövuzusunda seminar keçirib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri və magistrantları iştirak ediblər. Seminara MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisi Sənan Mehdi moderatorluq edib. Təhsil […]

Mingəçevir Dövlət Universitetində riyaziyyat gecəsi

2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə “Riyaziyyat bütün elmlərin açarıdır” adlı riyaziyyat gecəsi keçirilib. Tədbirdə fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev tələbə gənclərin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında belə təşəbbüslərin […]

MDU əməkdaşları Ramazan bayramı münasibətilə şəhid ailələrinin ziyarətində

2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid […]