Browsing monthly archive

May 2022

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]

MDU kollektivi Şəki şəhərində Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzində ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb Regional Hidrometorologiya Mərkəzində ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə […]

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Muzeylər Günü

2022-ci ilin 17-18 may tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Muzeylər Gününə həsr edilmiş tədbirlər çərçivəsində ekskursiya, dəyirmi masa, maarifləndirici seminar və virtual infotur təşkil olunub. Mayın 17-də Mingəçevir şəhər Tarixi Muzeyinə ekskursiya edən MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları muzeyin fəaliyyəti ilə yaxından tanış olublar, burada qorunub saxlanılan eksponatlara […]

Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib

2022-ci ilin 20 may tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi,  Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Demirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransın (ICAIAME 2022) açılış mərasimi keçirilib. “Şuşa İli”nə həsr olunan beynəlxalq konfrans süni intellekt üzrə […]

Regional idarənin rəisi Mingəçevir şəhər Dövlət Rəmzləri muzeyində olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova muzeyin fəaliyyəti ilə yaxından olmuş, orada sərgilənən ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar ilə yaxından tanış olmuşdur. Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş […]

Mingəçevirdə avtomobil qəbir daşlarını uçurdu

Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.  Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər qəbristanlıqlarından birində qeydə alınıb. Qəbristanlıq ərazisində dayanan və sürətlər qutusu “N” (Neytral) vəziyyətdə olan “Mercedes” markalı avtomobil enişdən aşağı hərəkət edərək qəbrlərə çırpılıb. Qəza zamanı bir neçə qəbr daşına və avtomobilə ciddi ziyan dəyib.

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib, Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə […]

Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”

Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların  əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış […]

Mingəçevir Dövlət Universiteti əməkdaşları İstanbul Gedik Universitetində təcrübədə

2022-ci ilin 10-16 may tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları – Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə məqsədilə Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində MDU heyəti İGÜN Himayədarlar Şurasının rəhbəri Hülya Gedik, rektor Nihat Akkuş və […]