Browsing monthly archive

May 2022

Mingəçevir Dövlət Universitetində bionika ilə bağlı seminar

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktrantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Canlı prototiplər yeni texnikanın açarıdır” mövzusunda tələbə və magistrantlar üçün seminar keçirilib. Seminarda MDU-nun magistrantı Aysel Bayramova təqdimatla çıxış edib. Təqdimatda A.Bayramova  biologiya, fizika, kimya və mühəndislik elmləri ilə sıx bağlılığı olan […]

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi müxtəlif təlimlər və klub fəaliyyətləri həyata keçirir

Təlimçilər Sevinc Məmmədova, Coşqun İsmayılov, Taleh Həsənli, Samir Abdullayev gənclərlə öz biliklərini bölüşüb, onlara karyera istiqamətində töhfələrini veriblər. Təlimlər  “UNİCEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları”, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin “Maliyyə savadlılığı”, karyera planlaması üzrə “Mənim peşəm, mənim gələcəyimdir”, gənclərin motivasiyası üçün isə “Mənim hekayəm” mövzularında olub. Həmçinin aprel ayı ərzində klub […]

Mingəçevir Dövlət Universitetinin startap layihəsi “Caspian Agro 2022” beynəlxalq sərgidə

2022-ci ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində  keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2022) Mingəçevir Dövlət Universiteti (MDU) uğurla təmsil olunub. Bildirilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgidə ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edib. […]

Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar, muzeyin əməkdaşları iştirak ediblər. Tədbirdə giriş sözü […]

Mingəçevirdə Müstəqillik Günü

28 may Müstəqillik Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının Heydər Əliyev Mərkəzində birgə təşkil etdikləri elmi-nəzəri konfrans Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşlərdə həlak olmuş  şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bayram münasibətilə zala toplaşanları təbrik edib və deyib ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində […]

Mingəçevir Dövlət Universitetinin voleybol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi

2022-ci ilin 24-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. Üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən […]

Mingəçvir Dövlət Universitetində Müstəqillik Günü

2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “28 May – dövətçilik tariximizin parlaq səhifələrindən biridir” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub […]

Mingəçevir Dövlət Universitetində mina təhlükəsizliyi barədə məlumatlandırıcı tədbir

2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçıllığı ilə mina təhlükəsizliyi barədə maarifləndirici tədbir keçirilib. Tədbirdə nazirliklərin məsul əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “MDU-da beynəlxalq əməkdaşlığın təşkili haqqında”, “2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “Mühəndislik fakultəsinin fəaliyyəti haqqında” […]

MDU əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında uğurları

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının əməkdaşları Cəlil Bağırov və Səadət Yusibova Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) regional ofisi Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə DMT) təşkilatçılığı ilə keçirilən dörd günlük “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər. Mayın 22-də başa çatmış təlim proqramı çərçivəsində iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının strukturunun hazırlanması […]