Browsing daily archive

May 31, 2022

Füzulidən olan şəhid övladları İsmayıllı və Qəbələ rayonlarına səfərdə

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə  “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində  Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və  qazı övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif  inkişafetdirici  və  bayram  tədbirləri gerçəkləşdirilib. 28 mayda isə […]

Uşaqlar səmaya sülh rəmzi olan göyərçinlər uçurublar

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər, Mingəçevir və Yevlaxdan olan mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.  Tədbirdə 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə […]

STP sağlamlığı məhdud uşaqları sevindirdi

STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə üz tutub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-unda müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib. Şirkətin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyevin […]

Vətən müharibəsi şəhidinin doğum günü – qəhrəmanlıqda Babək zirvəsi

Mayın 30-u ömrümüzün unudulmaz günlərindən birinə çevrildi. “Aran” Uşaqlarının Sağlam İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Qələbə Şəhidləri” kitabının üçüncü cildinin 148-ci səhifəsində özünə əbədi yer eləmiş Babək Bəxtiyar oğlu Allahverdiyevi anmaq üçün əvvəl İkinci Fəxri Xiyabana təşrif gətirdik. Sonra tədbir Heydər Əliyev adına Xırdalan Şəhər Mərkəzində davam etdirildi. Şəhidimiz adına layiq qəhrəmanlardan idi. O, həyatı […]

Azərbaycan sülh və təhlükəsizlik diyarıdır

Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi. […]