Browsing daily archive

May 25, 2022

Mingəçevir Dövlət Universitetində “Açıq havada kitabaxana” adlı sərgi

Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində tələbələr və orta məktəb şagirdləri üçün “Açıq havada kitabxana” adlı sərgi keçirilib. Sərgidə MDU-nun bir qrup akademik heyət üzvü və tələbələri, Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər. MDU əməkdaşlarının müəllifi olduqları dərsliklərin, xarici dildə […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Gəncədə ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Gəncə şəhərində ekskursiyada olublar. Universitet heyəti Gəncədə Nizami Gəncəvi məqbərəsini, Vətən Müharibəsi zamanı erməni terroruna məruz qalmış əraziləri və digər tarixi yerləri ziyarət ediblər. Ekskursiya çərçivəsində tələbələrə Tarix fənnindən “Gəncə xanlığı” mövzusunda mühazirə dərsi keçirilib. Fənn müəllimi Anar İsmayılov […]

MDU komandaları “Mingəçevir Gənclər Debat Forumu”nun finalçıları olublar

2022-ci ilin 23 may tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Mingəçevir Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib. Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi ilə keçirilən tədbirdə, əvvəlcə, Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından […]

Mingəçevir Dövlət Universiteti “TEKNOFEST”də üç komanda ilə təmsil olunacaq

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsində universiteti təmsil edəcək komandaların üzvləri ilə görüşüb. Görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu […]

MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar

2022-ci ilin 23-24 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və perpektivləri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, […]