Browsing daily archive

May 19, 2022

Mingəçevirdə avtomobil qəbir daşlarını uçurdu

Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.  Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər qəbristanlıqlarından birində qeydə alınıb. Qəbristanlıq ərazisində dayanan və sürətlər qutusu “N” (Neytral) vəziyyətdə olan “Mercedes” markalı avtomobil enişdən aşağı hərəkət edərək qəbrlərə çırpılıb. Qəza zamanı bir neçə qəbr daşına və avtomobilə ciddi ziyan dəyib.

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib, Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə […]

Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”

Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların  əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış […]

Mingəçevir Dövlət Universiteti əməkdaşları İstanbul Gedik Universitetində təcrübədə

2022-ci ilin 10-16 may tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları – Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə məqsədilə Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində MDU heyəti İGÜN Himayədarlar Şurasının rəhbəri Hülya Gedik, rektor Nihat Akkuş və […]