Mingəçevir Dövlət Universitetinin müəllimləri məktəblərdə Ulu Öndərə həsr olunan mühazirələr oxuyublar
2022-ci ilin 5-10 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə universitetin bir qrup müəllimi tərəfindən şəhərin yeddi məktəbində şagirdlər üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mühazirələr oxunub. Proqrama uyğun olaraq, MDU-nun akademik heyət üzvlərindən Mirzə Cavadov Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə, Rahilə […]