Browsing monthly archive

May 2022

Füzulidən olan şəhid övladları İsmayıllı və Qəbələ rayonlarına səfərdə

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə  “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində  Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və  qazı övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif  inkişafetdirici  və  bayram  tədbirləri gerçəkləşdirilib. 28 mayda isə […]

Uşaqlar səmaya sülh rəmzi olan göyərçinlər uçurublar

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər, Mingəçevir və Yevlaxdan olan mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.  Tədbirdə 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə […]

STP sağlamlığı məhdud uşaqları sevindirdi

STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə üz tutub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-unda müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib. Şirkətin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyevin […]

Vətən müharibəsi şəhidinin doğum günü – qəhrəmanlıqda Babək zirvəsi

Mayın 30-u ömrümüzün unudulmaz günlərindən birinə çevrildi. “Aran” Uşaqlarının Sağlam İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Qələbə Şəhidləri” kitabının üçüncü cildinin 148-ci səhifəsində özünə əbədi yer eləmiş Babək Bəxtiyar oğlu Allahverdiyevi anmaq üçün əvvəl İkinci Fəxri Xiyabana təşrif gətirdik. Sonra tədbir Heydər Əliyev adına Xırdalan Şəhər Mərkəzində davam etdirildi. Şəhidimiz adına layiq qəhrəmanlardan idi. O, həyatı […]

Azərbaycan sülh və təhlükəsizlik diyarıdır

Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi. […]

Məktəb İctimai Şuraları təhsilə və valideynə dəstək göstərə bilər

“Mingəçevir Valideynlər Assosiasiyası” ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində 2022-ci ilin fevral-may aylarında  “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirib. Layihə çərçivəsində  4 məktəbin qarşısında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə sorğu aparılıb. məktəblər üçün Nümunəvi Nizamnamə və Fəaliyyət Planı, İctimai Şuranın Əsasnamə layihəsi hazırlanıb, valideynlər, həm də məktəblərin müəllim və […]

Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibidir

2022-ci ilin 23-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində mini futbol üzrə oğlanlar arasında şəhər çempionatı keçirilib. Dörd gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ankarada Müstəqillik Günü ilə bağlı rəsmi qəbulda

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 28 May- Müstəqillik Günü və 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirdiyi rəsmi qəbulda təmsil olunublar. Qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər. Təntənəli şəkildə […]

Mingəçevir Dövlət Universitetinin startap layihələri “TEKNOFEST Azərbaycan”da təqdim olunur

2022-ci ilin 26 may tarixindən Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində start verilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) də startap layihələri təqdim olunur. Mayın 27-də MDU-nun rektoru Şahin Bayramov festivalda iştirak edib, universitetin startap komandalarının stendləri ilə tanış olub və onlarla xatirə şəkilləri çəkdirib. Qeyd edək ki, Türkiyədən […]

Mingəçevir Dövlət Universitetində “Özündən başla” adlı psixoloji seminar

Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə tələbələr və magistrantlar üçün “Özündən başla” mövzusunda psixoloji seminar keçirilib. Seminarda MDU-nun magistrantı, psixoloq Könül Məmmədova təqdimatla çıxış edib. Təqdimatda gənclərə təsir göstərən psixoloji amillərdən bəhs edən K.Məmmədova pozitiv valideyn-övlad münasibəti, cəmiyyətdə əlverişli sosial və psixoloji mühitin […]