Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar
2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasının qanunvericilik sistemi” mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda Azərbaycan Vəkillər Kollegiyasının […]