Browsing monthly archive

Aprel 2022

Mingçevir Dövlət Universiteti “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulub

2022-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Mingəçevir Dövlət Universitetini (MDU) rektor Şahin Bayramov təmsil edib. Təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və respublikanın 13 ali təhsil müəssisəsinin […]

Mingəçevir Dövlət Universiteti kollektivi Ağdamı ziyarət edib

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə olublar. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları, tələbə və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU İctimai Nəzarət Şurasının üzvləri təmsil olunublar. Səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını ziyarət edib, Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binaları, […]

Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri”

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimlərə start verilib. MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı […]

“Aran”ın Bakıda yekun tədbiri oldu

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” layihəsinə aprelin 12-də Bakının “Anatoliya” otelində keçirdiyi “dəyirmi masa”a ilə yekun vurub. Tədbirdə paytaxtı ilə yanaşı Gəncə, Cəlilabad, Lerik, Salyan, […]

MDU Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında təmsil olunacaq

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib. MDU-nun akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların qatıldığı görüşdə universitetin rektoru Şahin Bayramov, Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Tədris Mərkəzinin rəis müavini […]

Taleh Yüzbəyov Mingəçevirdə gənclərin qonağı oldu

“Bizdən sonra siz” layihəsi çərçivəsində sevilən aktyor, ssenarist və rejissor Taleh Yüzbəyov Mingəçevirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin qonağı olub. O, Heydər Əliyevin irsini əks etdirən eksponatlarla tanış olub. Ona gənc yazar Emil Xanlarovun 44 günlük Vətən müharibəsindən bəhs edən “Xalqın xidmətçisi – Dəmir Yumruq” kitabı  hədiyyə edilib. 200-dən çox gəncin iştirakı ilə keçirilən görüş […]

Sumqayıt Şəhidlər Xiyabanında unudulmaz gün

Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış  ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss-həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması Şəhidlər xiyabanına toplaşanlar üçün heç […]

Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 8-9 aprel tarixlərində Qazaxıstan Respublikasının KIMEP Universitetində onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat Konfransında təmsil olunub. “KIMEP Universitetinin 30 illiyi: lokal və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5 ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri dinlənilib. Konfransda MDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, ”İqtisadiyyat” […]

MDU-da Mingəçevir Valideynlər Assosiasiyasının təşkilatçılığı ilə müzakirələr aparılıb

2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA) təşkilatçılığı, şəhər 3, 4, 10 və 11 saylı tam orta məktəblərin direktorları və valideynlərin, eləcə də universitetin bir qrup akademik və inzibati heyət üzvünün iştirakı ilə müzakirələr keçirilib. Əvvəlcə, MVA-nın İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

2022-ci ilin 7 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Fidan Rəhimli ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və fakültə dekanı Nüşabə Qədimli də iştirak ediblər. Adlı təqaüdün hər […]