Browsing monthly archive

Aprel 2022

Azərbaycan hələ ən azı 100 il ərzində özünü və tərəfdaşlarını təbii qazla təchiz edə bilər

Bu gün Azərbaycan qalib ölkə olaraq 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad etdiyi ərazilərində irimiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. Etiraf olunmalıdır ki, ölkəmizin yalnız öz daxili imkanları hesabına, heç bir xarici mənbədən maliyyə dəstəyi almadan reallaşdırdığı bu işlər Azərbaycanın real iqtisadi gücünü bir daha bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin sədrliyi […]

Tanınmış yazıçı Varis Yolçiyev Mingəçevir Dövlət Universitetinin qonağı olub

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyev ilə görüş keçirilib. Görüşdə fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Tanınmış yazıçının universitetin tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmasından məmnunluğunu bildirən MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov onun zəngin yaradıcılıq […]

MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda

2022-ci ilin 16 aprel tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turunda iştirak məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi Gəncə şəhərində olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin evsahibliyi ilə keçirilən seçim turunda regionun bir sıra ali təhsil müəssisələri təmsil olunublar. Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi və […]

Mingəçevir Dövlət Universitetində “Sahibkarlıq ekosistemi” mövzusunda seminar

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Almaniyanın Siegen Universitetinin və SRH Tətbiqi Elmlər Universitetinin qonaq professoru Müslüm İbrahimov seminarda məruzə ilə […]

Mingəçevir Dövlət Universitetində “Dövlət qulluğunun prioritet məsələləri” mövzusunda seminar

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluğunun prioritet məsələləri” mövzusunda seminar keçirilib. MDU-nun tələbə və magistrantlarının qatıldığı seminarda “Dövlət və bələdiyə idarəetməsi” ixtisası üzrə magistrant Elşən Əliyev məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Seminar tələbə […]

Mingəçevir Dövlət Universitetində “Beynəlxalq maliyyə bazarlarında risklər” mövzusunda seminar

2022-ci ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı çərçivəsində  “Beynəlxalq maliyyə bazarlarında risklər” mövzusunda seminar keçirilib. Tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov məruzə ilə çıxış edib. Məruzədə professor dünya valyuta, kredit və maliyyə bazarlarında müasir vəziyyət, maliyyə bazarlarına təsir edən […]

Mingəçevir Dövlət Universitetində UNDP layihəsi ilə bağlı görüş

2022-ci ilin 14 aprel tarixində BMT-nin İnkişaf Proqramının (UNDP) layihə eksperti Don Taylor, Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və baş mütəxəssisi Fariz Qarayev ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə UNDP tərəfindən Azərbaycanda həyata keçirilən “Bölgələrdə davamlı turizmin inkişafına dəstək” layihəsi haqqında məlumat verilib, layihə çərçivəsində MDU ilə əməkdaşlığın potensial istiqamətləri barədə […]

Jurnalist Zahir Əmənov azadlığa buraxıldı

Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb. APA xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. Aprelin 13-də Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdi ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, ondan 1500 manat […]

Sona Ağayeva: “Evdən çıxın, nəyi bacarırsınızsa edin”

Ağayeva Sona İsmayıl qızı 1993 cü il iyul ayının 14-də  Sabirabad rayonun Əliləmbəyli kəndində anadan olub. Kənd həyatı ona bir çox çətinliklər yaşatdırıb. Sağlam doğulmasına baxmayaraq, həkimlərin səhvi nəticəsində serebral iflic xəstəliyinə məhkum olub və 4-cü sinifdən ev “dustağına” çevrilib. Sona deyir ki, uşaqların toplu halda məktəbə getdiyini görəndə çox üzülürdü: “Kaş onların sırasında mən […]