Browsing monthly archive

Aprel 2022

“SOCAR Midstream” ilə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində Layihə İdarəetmə Ofisi yaradılacaq

2022-ci ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “SOCAR Midstream” ilə əməkdaşlıq çərçivəsində layihə idarəetmə ofisinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni ofis universitetin strateji hədəflərini dəstəkləyən layihələrin işlənib hazırlanması və idarə olunması sahəsində fəaliyyət göstərəcəkdir. Layihə menecmenti üzrə mütəxəssis Nicat Qarayev tərəfindən keçirilən bir aylıq təlim proqramı sözügedən ofisdə çalışacaq […]

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

2022-ci ilin 22 aprel tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov və müşaviri Hamiz Mahmudov, ASK-nın birinci vitse-prezidenti Vüqar Zeynalov, baş katib Kristina Məmmədova, Konfederasiya prezidentinin baş məsləhətçiləri Şəbnəm Nuriyeva və Fərid Vəlizadə iştirak ediblər. Səmimi […]

Mingəçevir Dövlət Universitetində “Karyera və perspektiv imkanlar” mövzusunda seminar

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçlığı ilə “Karyera və perspektiv imkanlar” mövzusunda seminar keçirilib. MDU-nun akademik heyət üzvlərinin və tələbələrin iştirak etdiyi seminarda “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs magistrant İlham İlyasov məruzə ilə çıxış edib. Məruzədə İ.İlyasov […]

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı

20 aprel 2022-ci ildə Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında on sənəd imzalanmışdır.Bu sənədlər arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Qırğızıstanla Azərbaycan Respublikaları həmişə beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyirlər.Qoşulmama Hərəkatı, BMT, ATƏT, İƏT, Türk Dövlətləri Təşkilatı, ECO buna bariz nümunədir. Azərbaycanın nəqliyyat […]

Oksford Universitetində fəaliyyət göstərən azərbaycanlı gənc Mingəçevir Dövlət Universitetində seminar keçirib

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) dünyanın lider ali təhsil müəssisələrindən olan Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüstəm Cəmilov tərəfindən “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri, magistrantları və doktorantları iştirak ediblər. Seminara […]

Azərbaycan dünyaya bir günəş kimi doğacaq

Doğrurdan da 2022-ci ilin I rübünü çox uğurla başlayan Azərbaycan həm beynəlxalq müstəvidə, həm də iqtisadi sahədə çox mühüm işlər görmüşdür. BMT Şuşa şəhərində beynəlxalq tədbir keçirmişdir. Bu Azərbaycanın BMT-ə üzvlüyünün 30 illiyinə həsr olunmuşdur. Bu isə o demək idi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir qrumdur. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama […]

Prezident İlham Əliyevin 6 aprel Brüssel səfəri sülh gündəliyini yaratdı

6 aprel 2022-ci ildə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə səfərdə olan prezident İlham Əliyev 3 tərəfli görüş keçirmişdir. Görüşdə Azərbaycanın prezidenti İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan iştirak etmişdilər. Görüşün nəticəsi olaraq Brüssel sülh gündəliyi yarandı. Görüş nəticəsində əldə olan razılığa əsasən davamlı və intensiv təmasların aparılması nəzərdə tutulub. 5 […]

Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanları araşdırılır

Aprelin 19-da Ekoloji İnformasiya İctimai Birliyi Ağdam rayonunda növbəti tədbirini reallaşdırıb. “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq  Ağdam Sosial-İqtisad Kollecində seminar təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla  yad ediblər. Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə […]

Mingəçevir Bələdiyyəsi daha bir məhəlləni abadlaşdırdı

Məhəllə Komitəsinin sərdi Validə Əlizadə yerli bələdiyyəyə təşəkkür edib və deyib ki, siz ən böyük sevinci uşaqlara bəxş etmişiniz: “Burdakı əyləncələrə görə digər məhəllələrin uşaqları da bizim əraziyə gəlirlər. Yaşlı nəsil üçün də yaxşı şərait yaratmısınız”. Bələdiyyənin əməkdaşı Zahid Qasımlı nümunəvi məhəllənin dövlət tərəfindən bələdiyyəyə ayrılmış dotasiya hesabına ərsəyə gəldiyini bildirib: “Burada uşaqlar üçün əyləncə, […]

Şəkillərdə yaşayan “Mingəçevirin vətəndaşları”

Mingəçevir Şəkil Qalereyasında rəssam Abdulla Məmmədovun “Mingəçevirin vətəndaşları” adlı yaradıcılıq sərgisində 30-dək portret nümayiş olunub. Aprelin 19-da baş tutan tədbirdə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri rəssamın əl işlərindən ürəkdolusu danışıblar. Qrafik portret janrında işlənən əsərlərdən boylanan bu insanlar Mingəçevirin salnaməsini yaradanlardır. Şəhərin inkişafında imzası olan İslam İslamzadə, Züleyxa Həsənova, Qəşəm İsmayılov və Hədis Məmmədov,  uzun […]