Browsing daily archive

Aprel 25, 2022

Mingəçevir Dövlət Universitetində “21-ci əsrin bacarıqları” mövzusunda seminar

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “21-ci əsrin bacarıqları” mövzusunda seminar keçirilib. Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdiyi seminarda “Kəşf et” layihəsinin təsisçisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) layihə meneceri Jalə Ələkbərova təqdimatla çıxış edib. “Kəşf et” layihəsindən bəhs edən […]

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o […]

Mingəçevir Dövlət Universitetində Ümumdünya Yer Kürəsi Gününə həsr olunmuş elmi-praktik seminar

2022-ci ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Ümumdünya Yer Kürəsi Gününə həsr olunmuş “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda elmi-praktik seminarı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. […]

MDU-da natiqlik təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən “Həyatda və karyerada nitqinlə fərqlən!” adlı beş moduldan ibarət natiqlik təlimlərini uğurla başa vuran tələbələrlə görüş keçirilib. Görüşdə təlim proqramını müvəffəqiyyətlə tamamlayan tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov karyera inkişafında nitq mədəniyyətinin önəmini diqqətə çatdırıb, gənclərdə natiqlik […]

BDU-nun professoru Mingəçevir Dövlət Universitetində seminarda

2022-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Sevinc Məhərrəmova tərəfindən “Dilçilikdə lakunalar problemi” mövzusunda seminar keçirilib. Universitetin müvafiq akademik heyət üzvlərinin, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan tələbə və magistrantlarının iştirak etdiyi seminarda professor […]

Mingəçevir Dövlət Universitetində “Amerikada təhsil proqramları” mövzusunda seminar

2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı (KİM) ilə “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib. Universitetin tələbə və magistrantlarının iştirak etdiyi seminarda MDU-nun Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova təqdimatla çıxış edib. Təqdimatda Amerika universitetlərində təhsil almaq üçün mövcud təqaüd proqramları barədə ətraflı məlumat verilib Sonda iştirakçıları maraqlandıran […]

Mingəçevir Dövlət Universitetində “Şuşa İli” çərçivəsində “Arşın Mal Alan” operettası səhnələşdirilib

2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Şuşa İli” çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəlyinin “Arşın Mal Alan” operettası nümayiş etdirilib. Operetta MDU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Teatr klubu tərəfindən səhnələşdirilib. Tamaşadan əvvəl, MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış edib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” […]

Mingəçevir Dövlət Universiteti kollektivi Mingəçevir Sukanal idarəsinə ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən “Birləşmiş Sukanal” MMC-nin Mingəçevir Sukanal idarəsində ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” […]

Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri tərəfindən infosessiya

2022-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri şəbəkəsinin (YEAN – Young European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüdlü imkanlarla bağlı infosessiya keçirilib. Universitetin əsas tədris binasının akt zalında təşkil olunan infosessiyada MDU-nun tələbə və magistrantları iştirak ediblər. İnfosessiyada Gənc Avropa Səfirlərindən Kamilə Süleymanlı “Xarici ali təhsil […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Görüşün qonağı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev olacaq. “Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda baş tutacaq görüş MDU-nun əsas tədris binasının akt zalında keçiriləcək.. 2022-ci ilin 29 aprel tarixində saat 12:00-da keçiriləcək […]