Browsing daily archive

Aprel 12, 2022

MDU Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında təmsil olunacaq

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib. MDU-nun akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların qatıldığı görüşdə universitetin rektoru Şahin Bayramov, Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Tədris Mərkəzinin rəis müavini […]

Taleh Yüzbəyov Mingəçevirdə gənclərin qonağı oldu

“Bizdən sonra siz” layihəsi çərçivəsində sevilən aktyor, ssenarist və rejissor Taleh Yüzbəyov Mingəçevirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin qonağı olub. O, Heydər Əliyevin irsini əks etdirən eksponatlarla tanış olub. Ona gənc yazar Emil Xanlarovun 44 günlük Vətən müharibəsindən bəhs edən “Xalqın xidmətçisi – Dəmir Yumruq” kitabı  hədiyyə edilib. 200-dən çox gəncin iştirakı ilə keçirilən görüş […]

Sumqayıt Şəhidlər Xiyabanında unudulmaz gün

Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış  ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss-həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması Şəhidlər xiyabanına toplaşanlar üçün heç […]

Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 8-9 aprel tarixlərində Qazaxıstan Respublikasının KIMEP Universitetində onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat Konfransında təmsil olunub. “KIMEP Universitetinin 30 illiyi: lokal və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5 ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri dinlənilib. Konfransda MDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, ”İqtisadiyyat” […]