Mingəçevir Dövlət Universitetində “Aprel Döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir
2022-ci ilin 1 aprel tarixində Mingəçevir Dövlət Universitetində Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə “Aprel döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir keçirilib. Aprel şəhidlərinə həsr olunmuş tədbirdə şəhid ailəsi üzvləri, qazilər, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirə TVİM-in koordinatoru, Vətən Müharibəsi şəhidi Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova […]