Browsing monthly archive

Mart 2022

Ali təhsil ocağında Beynəlxalq Qadınlar Günü qeyd edilib

2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dahilər anası – Qadın” adlı tədbir keçirilib. Tədbirdə MDU-nun akademik və inzibati heyətinin qadın üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirin açılışında giriş sözü ilə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova MDU-nun rektoru Şahin Bayramovun universitetin […]

Hökumət 2022-ci il martın 6-dan etibarən COVID-19-a qarşı peyvənd olunmuş şəxslər üçün “yaşıl işıq” yandırdı

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən  aşağıdakılara icazə verilib: dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; […]

YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

2022-ci ilin 03 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, YAP üzvü olan MDU əməkdaşları və tələbələri iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyi barədə məlumat verib, YAP […]

Xalq yazıçısı Əzizə Cəfərzadəyə həsr olunmuş dəyirmi masa

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Yazıçının oğlu Turan İbrahimov tədbirin qonağı olub. MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdikləri dəyirmi masada çıxış edən universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent […]

Universitetin voleybol komandası şəhər turnirinin qalibi olub

2022-ci ilin 2-3 mart tarixlarində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş təhsil müəssisələri arasında voleybol üzrə şəhər turniri keçirilib. Universitetin İdman-sağlamlıq kompleksində baş tutan turnirdə MDU, Mingəçevir Turizm Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Mingəçevir şəhər […]

“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh

“Ukraynanın əsas hadisələrinin onun hüdudlarından kənarda baş verdiyini deyə bildiyimiz gün yetişib. Bəli, əlbəttə, döyüşlər davam edir, nəticələr aydındır – ya azalan intensivliklə davam edəcək, ya da atəşkəs rejimi bərqərar olacaq… Əsas və həlledici hadisələr iqtisadi sahədə baş verir, daha doğrusu, Rusiyanın total iqtisadi təcridi prosesində. Bunun çox erkən nəticəsi iqtisadi böhran, o cümlədən də […]

Məcburi köçkünlərlə Mingəçevirdə növbəti dialoq

Martın 2-də Mingəçevir Media Mərkəzində dördüncü dialoq Xocalı və Şuşadan köçkün düşmüş insanlarla keçirilib. Onlar 30 il qabaq doğma yurdlarının düşmən tapdağına keçməsi zamanı yaşadıqları ağrılardan danışıb və azad edilmiş torpaqlarına dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər. Köçkünlər erməni silahlı birləşmələrinin Xankəndi və Xocalıda, Şuşanın kəndlərində qaldığı hazırkı şəraitdə birgəyaşayışın mümkün olmadığını vurğulayıblar. Xocalı köçkünü Zahir […]

Universitetinin minifutbol komandası şəhər turnirinin qalibidir

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında minifutbol üzrə şəhər turniri keçirilib. Universitetin İdman-sağlamlıq kompleksində təşkil edilən turnirdə MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə […]

“Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar

2022-ci ilin 28 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor […]