Browsing monthly archive

Mart 2022

Mingəçevirdə keçmiş məhkumun evində qumbara və külli miqdarda narkotik aşkarlanıb – FOTO – VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan […]

Əksəriyyət deputatdan iş istədi

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin böyük əksəriyyəti  aradan qaldırıldıqdan sonra 47 saylı Mingəçevir seçki dairəsinin deputatı  Aydın Mirzəzadə seçicilərini ənənəvi qaydada qəbul edib. Qəbula gələn 43 şəhər sakininin problemləri dinlənilib, bir qisminə məsləhət verilib, bir neçəsinə yerində kömək olunub, bir qisminin qaldırdığı məsələlər qeydiyyata götürülərək, müvafiq orqanlarla yönəldilib. Qəbula gələnlərin əksəriyyəti işsizlik problemi ilə bağlı […]

Bütün dünya Xocalı soyqırımını tanımalıdır

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində misligörünməmiş soyqırım aktı həyata keçirdilər.Bu işdə onlara keçmiş Sovet Ordusunun Xankəndində yerləşən 366-cı alayı da çox aktiv köməklik göstərirdi. Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü. 150 nəfərin taleyi isə […]

l Vitse-Prezidentlik institutunun yaradılması çevik idarəçilik sistemi deməkdir

2016-cı ilin sentyabrın 16-da prezident İlham Əliyevin təşəbbüsü ilə l vitse-prezidentlik institutu yaradıldı. Bu o demək idi ki, idarəetmədə çeviklik və səmərəlilik artmış oldu. Bu vəzifəyə prezidentin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın təyin olunması Azərbaycan dövlətçiliyi tarixinin mühüm hadisəsi idi. Həmin vaxt Mehriban Əliyeva Təhlükəsizlik Şurasının iclasındakı ilk çıxışında demişdir: […]

Yaza-yaza şəhidləşən Faiq İsmayılov 60  yaşa çatdı

31 yaşında dünyasını dəyişən Faiq bəy “İynə boyu şeirlər”i və hekayələri, publisistik məqalələri “dişlərini dişlərinə sıxaraq” yazırdı 31 yaşında dünyasını dəyişən rejissor və aktyor, yazıçı və publisist Faiq İsmayılovun 60  yaşı oldu.  Bu münasibətlə Mingəçevir Gənclər Evinə toplaşanlar öncə Faiq bəyin məzarı önündə çəkilmiş sənədi filmə baxdılar.  Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zahid Qasimlı,  Əməkdar jurnalist, “Mingəçevir […]

Yaponiyanın Azərbaycandakı səfirinin Mingəçevirə gəlişinin məqsədi nə idi?

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaponiyalı diplomata şəhərin tarixi, mədəniyyəti, sosial-iqtisadi göstəriciləri barədə məlumat verib və yaponlu iş adamlarının yerli layihələrə cəlb oluna biləcəyinə ümid etdiyini bildirib. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayıb. O, diqqətə […]

Rəqəmsal media bacarıqları ilə bağlı təlimlərə başlanılıb

2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbələrin müasir rəqəmsal media bacarıqlarının artırılması üçün silsilə təlimlərə start verilib. MDU-nun tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynov “Rəqəmsal media bacarıqlarının artırılması, ilkin anlayışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda […]

Universitetdə iməcilik

2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “5 Mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə iməcilik keçirilib. MDU-nun həyətində təşkil edilən iməcilikdə fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər. İməcilik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb. Qeyd edək […]

Kitab sərgisi

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində kitab sərgisi təşkil edilib. MDU-nun əsas tədris binasında təşkil edilən sərgidə universitetin tələbələri və magistrantları iqtisadi, texnoloji və bədii mövzularda nəşr edilmiş kitablarla, eləcə də universitetin kitabxana fonduna yeni daxill olmuş dərslik və dərs vəsaitləri ilə tanış olublar. Qeyd edək ki, gənclərin […]

MDU-nun əməkdaşları “Azərbaycan İES”-də təlimlərə başlad;lar

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təcrübəli akademik heyət üzvləri tərəfindən “Azərbaycan İES” MMC-nin gənc əməkdaşları üçün təlim proqramına start verilib. Diqqətə çatdırılıb ki, MDU və “Azərbaycan İES” MMC arasında işbirliyi çərçivəsində reallaşdırılan altı günlük təlim proqramı İES-in gənc, perspektivli əməkdaşlarının nəzəri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi daşıyır. Proqrama uyğun […]