Browsing monthly archive

Mart 2022

Bayramda od tutub yanan Mingəçevir bazarı

Novruz bayramına sayılı günlər qalıb. Böyükdən-kiçiyə yazın gəlişinə sevinən hər kəs bu Milli bayrama xüsusi və özünəməxsus şəkildə hazırlaşır. Amma razılaşaq ki, bayram hazırlığı öncəliklə bayram bazarlığından başlayır. Buna görə də bayramqabağı qiymətləri və alıcıların fikirlərini almaq üçün Mingəçevir bazarına yollandıq. Şəhər sakinləri isə mikrafonumuzu görər-görməz bahalıqdan şikayətləndilər. Onların sözlərinə görə, göyərti, ət, un, qoz […]

“Qələbə Şəhidləri”nin növbəti cildi salyanlıların görüşünə gəldi

Martın 18-də “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə “Qələbə Şəhidləri” kitabının dördüncü cildinin təqdimatı ilə gəlib. Mərkəzi Kitabxanada baş tutan görüşün iştirakçıları Rayon İcra Hakimiyyətinin Müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Məclisə aparıcılıq […]

Universitetdə məişət zorakılığına qarşı istiqamətində seminar

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda elmi seminar keçirilib. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na həsr olunmuş seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının […]

Mingəçevir Dövlət Universitetində tibbi-profilaktik və dezinfeksiya işləri

18 mart 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrinin ziyarətində

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bir qrup əməkdaşı Aprel döyüşləri şəhidlərinin və Vətən Müharibəsində şəhid olmuş məzunların ailələrini ziyarət ediblər. Həmçinin, universitetin kollektiv üzvləri hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər. Ailə üzvləri ilə görüşdə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində tarixi Zəfərin […]

Universitetdə “Narkomaniyaya yox deyək!” maarifləndirici tədbir

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını […]

“Elm Günü”nə həsr edilmiş tələbə elmi konfransı

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin (İİF) Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Konfransı giriş sözü ilə […]

Universitetdə “Effektiv elmi təqdimat” mövzusunda seminar

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Effektiv elmi təqdimat” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Yılmaz tərəfindən keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq edib. Tədbirdə giriş sözü […]

Universitetin gənc əməkdaşları Almaniyanın Siegen Universitetində beynəlxalq seminarda

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizli Almaniyanın Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq” mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda çıxış ediblər. Seminar Siegen Universitetinin qonaq professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimov tərəfindən keçirilib. Seminar zamanı iştirakçılar beynəlxalq startap ideyaları ilə tanış ola biliblər. E.Muradzadə […]

Universitetdə ustad dərslər

Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə ustad dərsləri keçirilib. MDTM-in direktoru Vəfa Məhərrəmovanın moderatorluğu ilə onlayn və əyani formatda təşkil olunan dərslərdə universitetin pedaqoji, iqtisadi və mühəndislik istiqamətləri üzrə təhsil alan magistrantları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli tərəfindən […]