Browsing daily archive

Mart 31, 2022

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans

  2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Milli Tariximizin ən böyük faciəsi: Mart Soyqırımı” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru […]

Mingəçevir Dövlət Universitetinin tələbələri məktəblilər üçün Mart soyqırımına həsr edilmiş tədbir keçiriblər

2022-ci ilin 30 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin dördüncü kurs tələbələri təcrübə keçdikləri Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçiriblər. Məktəbin akt zalında təşkil edilən tədbirdə hər iki təhsil müəssisəsinin kollektiv üzvləri, tələbələr və şagirdlər iştirak ediblər. Tədbirin açılışında çıxış edən Mingəçevir […]

Universitetdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə

2022-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Tarixi yaddaşımıza yazılan qanlı səhifə” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Mühazirədə giriş sözü […]

Universitetdə “Elm günü” çərçivəsində kitab sərgisi

2022-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə “Elm günü” çərçivəsində kitab sərgisi keçirilib. MDU-nun ikinci tədris binasının kitabxanasında təşkil edilən sərgidə Mühəndislik və Təhsil fakültələrinin tələbə və magistrantları azərbaycançılıq, vətənpərvərlik, pedaqoji, texniki və texnoloji mövzularda nəşr edilmiş kitablarla, eləcə də dərslik və dərs vəsaitləri ilə tanış olublar. Qeyd edək ki, […]

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün təlim-təcrübə proqramı

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün növbəti iki həftəlik təlim-təcrübə proqramına start verilib. Martın 11-dən aprelin 3-dək iki iş həftəsi müddətində davam edəcək təcrübə proqramında iştirak hüququ qazanmış MDU-nun 6 tələbəsi “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsində ofis şəraitində sığorta işinin təşkili, […]

Mingəçevir Dövlət Universitetində natiqlik təlimləri başa çatıb

2022-ci ilin 28 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı beş moduldan ibarət natiqlik təlimləri başa çatıb. Fevralın 21-dən başlanan təlimlərdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli tərəfindən keçirilən təlimlər […]

MDU-da “Regional İnkişaf” İctimai Birliyinin məlumatlandırma göüşü

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Aran-2 regional mərkəzinin təşkilatçılığı ilə könüllülük fəaliyyəti barədə məlumatlandırma görüşü keçirilib. Görüşdə universitetin tələbə və magistrantları iştirak ediblər. RİİB Aran-2 regional mərkəzin rəhbəri Elmir Həsənov Birliyin könüllülük fəaliyyətinin missiyası, dəyərləri, əhatə dairəsi və istiqamətləri barədə məlumat verib, könüllülük fəaliyyətinə cəlb olunmağın […]

Flora Namazova: “Mən daha köçkün deyiləm”

31 mart Azərbaycanlıların Soyqırımı günündə mingəçevirlilər Şəhidlər Xiyabanına gələrək, Soyqırım abidəsi önünə toplaşıblar. Şəhidlərin ruhuna Quran oxunub, soyqırım qurbanlarının xatirəsi yad edilib, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, 17 saylı məktəbin direktori Ceyhun Atayev son 200 ildə Qafqazda, türk soylu insanların yaşadıqları ərazilərdə erməni vandalizminin törətdiyi vəhşilikləri yada salıblar. Köçkün kimi Mingəçevirdə məskunlaşan MDU-nun […]

Təhsildə “Karyera Forumu” start götürdü

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən Təhsildə “Karyera Forumu”na start verilib. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılışda çıxış edən “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Rüfət […]

31 Mart-Azərbaycanlıların soyqırımı bəşəriyyətin ən ağır cinayət hadisələrindəndir

Ermənilər tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə işləri aparıblar.Bunlardan ən dəhşətlisi isə 1918-ci ilin 30 martından 3 aprelinə qədər olanıdır.Həmin qırğınlarda 30 mindən artıq insan öldürülmüş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.Ermənilər Şamaxıda, Bakıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Göyçayda, Zəngəzurda və digər yerlərdə Azərbaycan türklərinin qırdıqlarını qırmış, digərlərini isə olmazın əzablar vermişlər.Bütün bu hadisələrin başında erməni […]