Browsing daily archive

Mart 14, 2022

“Oğul” filmi mingəçevirli Natiq Qasımovun böyüdüyü şəhərdə nümayiş olundu

Martın 14-də Mingəçevirdə Heydər Əliyev Mərkəzində Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan film 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı əsir götürülən və itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışı barədədir. 47 dəqiqəlik film 2021-ci ildən etibarən beynəlxalq film festivallarında təmsil olunur. Baxışda şəhərin hökumət rəsmiləri, şəhid valideynləri, ictimaiyyət nümayəndələri […]

Tofiq Əsgərov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olundu

Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Tofiq Əsgərov gətirilib. Bu kresloda o, Şahin Əliyevi əvəz edib. Tofiq Əsgərov 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.