Browsing monthly archive

Fevral 2022

Mingəçevirdə suvarma məqsədilə yeni su xətti çəkildi

Bizim.Media-nın məlumatına görə, son mərhələdə 63 diametrli boru xəttinin 1 kilometrlik məsafədə bütün  zəruri texniki şərtləri təlblərə uyğun şəkildə quraşdırılaraq başa çatdırılıb. Boru xətti əsasən Heydər Əliyev prospekti və Nəsimi küçələrinin yaşıllıq zolaqlarını əhatə edib. Bununla da alternativ suvarma xəttinin şəhər üzrə çəkilişləri 22 kilometr məsafəni ötüb. Qeyd edək ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən […]

AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir

2022-ci ilin 18 fevral tarixində Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş  keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər. Görüşdə çıxış edən hər üç ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında əməkdaşlığın inkişafından məmnunluqlarını bildirib, qarşılıqlı maraq […]

Oşo ilə həmfikir olduğum məqamlar.

         Hind müdriki Oşo belə deyir:“Mən tamamilə fərdin tərəfindəyəm. Bir fərd üçün cəmiyyətlərin hamısını, bütün dinləri, mədəniyyətləri, insanlığın bütün keçmişini qurban verərəm. Fərd ən dəyərli varlıqdır, çünki fərd yaradılışın bir hissəsidir”. Bəli, fərd olmaq insanın özü olmaqdır, iradəsi, bütün məsuliyyəti, cavabdehlikləri ilə. Nəfər olmaq isə “hamıdan” biri olmaqdır, çoxluğun nəfəri olmaqdır, çoxluqda hamı eyni dərəcədə […]

Mingəçevir Dövlət Universitetində yeni akkreditasiya qaydaları ilə bağlı seminar keçirilib

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni akkreditasiya qaydaları ilə bağlı məlumatlandırıcı seminar keçirilib. MDU-nun inzibati heyət üzvləri üçün təşkil edilən seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov  təqdimatla çıxış edib. Akkreditasiya qaydalarına edilmiş dəyişikliklərin mahiyyətindən, hazırda tətbiq olunan yeni qaydaların və meyarların məzmunu və üstünlüklərindən […]

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) könüllülük fəaliyyətində iştirak edən gənc əməkdaşlarla görüş keçirilib. Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov könüllülük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı önəmindən danışıb. Son dövrdə MDU-nun modernləşməsi istiqamətində qarşıda duran strateji hədəflərdən bəhs edən rektor universitet həyatında könüllü gənclərin fəal iştirakından məmnunluğunu ifadə edib və onlara […]

Mingəçevirdə ikinci dialoq

Fevralın 15-də Xocavənd, Ağdam və Kəlbəcər rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ikinci dialoq keçirilib. Bir saat yarım davam edən tədbirdə məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər, eyni zamanda qayıdış ərəfəsində köçkünləri narahat edən məsələlər müzakirə olunub. Görüş iştirakçıları vurğulayıblar ki, […]

Mingəçevir Dövlət Universitetində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının müdiri Babək Tağıyev ilə görüşüb. Görüşdə filialın şöbə müdiri Pərviz Hüseynov, rektorun müşaviri Ramin Məmmədov və universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak ediblər. Görüşdə əmək bazarının mövcud tələbləri və təqdim […]

Mingəçevir Dövlət Universiteti kollektivi Qarğıdalı Emalı Müəssisəsinə ekskursiya edib

2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Oğuzda “Azmade Group” MMC-nin nəzdində fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsində (CPC MMC) ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması […]

Mingəçevir Dövlət Universitetində “Erasmus+” layihəsi çərçivəsində seminar keçirilib

2022-ci ilin 9 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi ilə bağlı seminar keçirilib. Seminarda layihə üzrə işçi qrupunun üzvləri, tərəfdaş müəssisələrin əməkdaşları, universitetin akademik […]

QHT tərəfindən Beyləqan və Füzulidə şəhid və qazi ailələrinə dəstək göstəriləcək

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi “Ermənistanın işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan  layihənin 4 ay müddətində həyata keçirilməsi nəzərdə  tutulub. “Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr departamnetiindən Media1.az-a bildirildiyinə […]