Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş konfrans
2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “Xocalı faciəsi: erməni terrorunun təzahürü” mövzusunda elmi konfrans keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynovun moderatorluğu ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, […]