Browsing daily archive

Fevral 24, 2022

Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Yıldız Teknik Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Teknik Universitetinin (YTU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Tədbirin açılışında […]

Mingəçevir Bələdiyyəsi yeni layihəsinə 40 min manat ayırıb

Mingəçevir Bələdiyyəsi fevralın 23-dən yeni layihəsinə start verib. Məqsəd Novruz bayramınadək şəhərin Heydər Əliyev, İsmət Qayıbov və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən ərazidə nümunəvi məhəllə yaratmaqdır. Bələdiyyə sədri Ramiz Əliyev “Mingəçevir işıqları” qəzetinin müxbiri ilə söhbətində deyib ki, burada indiyədək nə uşaqların, nə də böyüklərin əylənməsi və istirahəti üçün şərait olmayıb: “İndi mövcud ərazidə müasir […]

“Böyük qayıdış” ərəfəsində üçüncü dialoq

Fevralın 22-də Mingəçevir Media Mərkəzində üçüncü dialoqa həm universitetdə çalışan xanımlar, həm də işsiz kişilər qatılıblar. Xocalı, Ağdam, Qubadlı və Laçından köçkün düşmüş bu insanlar acı xatirələrini bir daha bölüşüblər. Saat yarım davam edən dəyirmi masada köçkünlərin qayıdışı ilə bağlı məqamlar müzakirə olunub. Qubadlıdan olan Elman Xəlilov və Faiq Məmmədov, Laçından köçkün düşmüş Zülfüqar Abdullayev […]