Browsing daily archive

Fevral 23, 2022

Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı qətliamı” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə […]

Mingəçevir Dövlət Universitetində natiqlik təlimlərinə start verilib

2022-ci ilin 21 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin Təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı modul təlimlərə start verilib. Təlimdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərin birinci modulunda MDU-nun Humanitar fənlər kafedrasının […]

Mingəçevir Dövlət Universitetində tələbələr üçün maarifləndirici seminar keçirilib

2022-ci ilin 22 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikası – dövlətin əsasları” mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində təşkil edilən seminarda universitetin tələbə və magistrantları iştirak ediblər. Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev ali təhsil müəssisələrində gənclərin ideoloji maarifləndirilməsi, onların […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

2022-ci ilin 17 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbə və magistrantı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib. Ekskursiya cari ildə universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində […]

Bakıda FantazEU adlı mədəni irs festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2022-ci ilin mart ayının 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı təşkil edəcək. “FantazEU Festivalı” Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır. FantazEU Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı ilə, Almaniya, Belçika, Bolqarıstan, […]