Browsing daily archive

Fevral 3, 2022

Mingəçevir Dövlət Universitetində “Təhsil şərtdir” adlı görüş keçirilib

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Təhsil şərtdir” mövzusunda görüş keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmazın iştirakı ilə təşkil edilən görüşə universitetin tələbə və magistrantları qatılıblar. Görüşdə təhsilin fasiləsizliyinin vacibliyindən və insan həyatının bütün mərhələlərində […]

Mingəçevir Dövlət Universitetinin tələbələri tamaşa nümayiş etdiriblər

2022-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir Dövlət Dram Teatrında “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasını nümayiş etdiriblər. MDU, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı, Mingəçevir Dövlət Dram Teatrının dəstəyi ilə baş tutan tamaşa Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunub. Tələbələr […]

Mingəçevir Dövlət Universitetində əməkdaş və tələbə gənclərlə görüş keçirilib

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə universitetin ictimai həyatında xüsusi fəallığı ilə seçilən universitetin bir qrup əməkdaş və tələbə gəncləri ilə görüşüb. Görüş iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edən rektor cəmiyyətin tərəqqisində gənclərin müstəsna rolundan danışıb və ölkəmizi dünyada layiqincə təmsil […]

MVA-dan “Böyük Qayıdış”a dəstək

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. Layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, ilk növbədə köçkünlərin Mingəçevir şəhərində məskunlaşdığı 10 məntəqədə sorğu və 3 məntəqədə dialoq aparmaq nəzərdə tutulub: “Biz müxtəlif yaş və sosial statusda olan 110 nəfəri sorğuya və 3  qrup üzrə 30 […]

Ayıl, Ermənistan, ayıl!

Azərbaycan iqtisadi sahədə necə deyərlər “iri” addımlarla irəlləyir. Həm neft sahəsində, həm də qeyri neft sahəsində ölkəmiz çox mühüm nailiyyətlər əldə edib. Ölkənin valyuta ehtiyatı, müharibədən çıxmasına baxmayaraq, artıb. Azərbaycanın xarici ticarət balansı artmaqda davam edir. Yəni ölkə üçün ixrac idxalı üstələyib. Bunun nəticəsidir ki, manatın məzənnəsi bu günə qədər sabit olmaqda davam edir. Ölkəyə […]

Gələcəyini gəncliyindən qoru!

1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı gənc nəslə diqqət və qayğını daha da artırılmasına səbəb oldu. O hakimiyyəti dövründə gənclərlə bağlı neçə-neçə sənədlər imzalamışdır. 1994-cü il 26 iyulda Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci il fevralın 2-də imzaladığı fərmanla 2 Fevral Azərbaycan Gəncləri günü elan etməsi bunlar hamısı gənclərə olan qayğısının bariz […]

MDU-da Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2022-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2 fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş “Gəncliyin Gücü” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Azərbaycanda Gənclər Gününün qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Gənclər Günü təbriki

2 fevral – Azərbaycan Gəncləri Günüdür! Bu münasibətlə, Mingəçevir Dövlət Universitetinin tələbə, magistrant, doktorant və gənc əməkdaşlarının simasında bütün gəncləri ürəkdən təbrik edirəm! Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin davamlı inkişafına prioritet əhəmiyyət vermişlər! Bütün gənclərə möhkəm cansağlığı, təhsil və […]

Mingəçevir Dövlət Universitetində məşğulluqla bağlı məlumatlandırma görüşü keçirilib

2022-ci ilin 31 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının rəhbər heyəti üzvləri ilə məlumatlandırma görüşü keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən görüşdə universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Görüşdə çıxış edən filialın müdiri Babək Tağıyev, şöbə müdirləri Murad Muradov və Pərviz […]