Browsing daily archive

Yanvar 20, 2022

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə mühazirələr keçirilib

2022-ci ilin 17-19 yanvar tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin milli qürur, şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda silsilə mühazirələr təşkil olunub. Universitetin tələbə və magistrantlarının iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən mühazirələrdə Azərbaycan xalqına qarşı törədilmiş amansız qətliamın və tarixi cinayətin təfərrüatları […]

Mingəçevir Dövlət Universitetində “20 Yanvar azadlığa gedən yolun zirvəsi: unudulmayan dərs” mövzusunda ədəbi-bədii tədbir keçirilib

2022-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar azadlığa gedən yolun zirvəsi: unudulmayan dərs” mövzusunda ədəbi-bədii tədbir keçirilib. Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə 20 yanvar hadisələrində amansızcasına qətlə yetirilən dinc əhalinin həyat hekayələrindən və onların yarımçıq qalmış ömür yolundan bəhs […]

Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib

19 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib

2022-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” Günü keçirilib. “Microsoft Teams” platforması üzərindən baş tutan görüşdə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb. İmtahan sessiyasının növbəti həftəsinin uğurla başa çatdığını bildirən rektor tələbələrin göstərdiyi müvəffəq nəticələrdən məmnunluğunu diqqətə […]

Mingəçevir Dövlət Universitetində “ADA” Universitetinin məlumatlandırma görüşü keçirilib

17 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “ADA” Universitetinin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib. Görüşdə MDU-nun sonuncu kurs tələbələri və magistrantları, gənc əməkdaşları iştirak ediblər. Məlumatlandırma görüşündə “ADA” Universiteti tərəfindən 2022/2023-cü tədris ilində magistratura səviyyəsində kadr hazırlığı aparılacaq “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” proqramları barədə ətraflı məlumat […]