Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. 5-14 yanvar tarixlərini əhatə edən ilk 10 imtahan günündə bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 376 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.2% olub. […]