Browsing monthly archive

Dekabr 2021

Mingəçevir Dövlət Universiteti və İstanbul Gedik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 13 dekabr tarixində İstanbul Gedik Universitetinin (İstanbul Gedik Üniversitesi – İGÜN) prorektoru Ahmet Kesik Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində MDU-da rəhbər heyəti üzvləri ilə görüş keçirilib və iki universitet arasında əməkdaşlıq protokolu imzalanıb. Görüşdə qardaş ölkənin yenilikçi ali təhsil müəssisələrindən biri olan İGÜN-in prorektorunu Mingəçevirdə salamlamaqdan məmnunluğunu bildirən MDU-nun rektoru Şahin […]

Qazi bir maşın odun istəyir – İcra başçısı KORONA QORXUSUNDAN onu qəbul etmir

Bizim.Media-nın Mingəçevir bürosunun verdiyi məlumata görə Yevlax rayonunun Xaldan qəsəbəsində yaşayan qazimiz Knyaz Mirzəyev  Yevlax Şəhər İcra Hakimiyyətindən və digər qurumların ona olan biganəliyindən şikayətçidir. Həmçinin Zəfər yürüşü iştirakçısı olan qazi səhhətində ciddi problemlərin  olduğunu, lakin əlillik müavinətini almaqda problemlər yaşadığını bildirib: “Ön xəttdə olduğum döyüş zamanı ağır yaralanmışdım. Amma bir müddət sonra yenidən əməliyyatlarda […]

QHT Agentliyi kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi. Agentliyin 2021-ci il kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Müsabiqənin nəticələri ilə bağlı 14 dekabr 2021-ci il tarixində keçirilən brifinqdə müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələri elan edilib. Müsabiqə qaliblərini təbrik edirik. […]

Mingəçevir Dövlət Universiteti Kəmər və Yol Universitetləri Alyansına üzv qəbul olunub

Mingəçevir Dövlət Universiteti Kəmər və Yol Universitetləri Alyansına  (University Alliance of the Belt and Road – UAB&R) üzv qəbul olunub. Bu barədə qərar 2021-ci ilin 10 dekabr tarixində keçirilən UAB&R-ın konfransında verilib. Çin Xalq Respublikasının Lanzhou Universitetinin (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan və 15 ölkənin 30 universitet, tədqiqat institutu […]

8 yaşlı uşaq yolu keçmək istəyərkən qəza ilə üzləşdi

Mingəçevirdə 8 yaşlı uşağı maşın vurub. Hadisə Texniki Humanitar Liseyin yaxınlığında baş verib. Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü şəhər sakini Rzazadə Məhəmməd Zaur oğlunu BMW markalı maşın vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sağ ayaq nayihəsindən sınıq xəsarətləri  alan uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

“Media haqqında” qanun layihəsinin yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir

Azərbaycan Respublikasında “Media haqqında”  qanun layihəsi  bir müddətdir ki, müzakirə olunur.  Gələn il yanvarın 1-dın qüvvəyə minməsi gözlənilən  qabun media sahəsində fəaliyyəti necə tənzimləyəcək? Bu məqsədlə qanun layihəsini çap edirik ki, oxucularımız yaxından tanış olub, özləri fikirlərini bölüşsünlər.   “Media haqqında” qanun layihəsi 1-ci fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün […]

Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunan dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dühası və müstəqil Azərbaycan dövləti” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun İqtisadiyyat və idarəetmə […]

Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

2021-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları” mövzusunda elmi konfrans keçirilib. Konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehitramla yad edilib. “Microsoft Teams” platforması […]

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib

11 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış […]

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransın “Təbiət və texnika elmləri” bölməsinin iclası keçirilib

10 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Təbiət və texnika elmləri” bölməsinin iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış […]