Browsing monthly archive

Dekabr 2021

Bakıdan şərh: “Moskva aqressiyanı artırır”

Kremldən səslənən son bəyanatların Rusiya ilə qonşu dövlətlərə bilavasitə aidiyyatı var. Bakının Ankara ilə yaxınlığını və Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, Azərbaycanı da düşündürəcək məsələlər mövcuddur. Regionda yaranmış vəziyyəti siyasi icmalçı Aqşin Kərimov şərh edib. “Rusiya aqressiyasını artırır: Kremlin mesajlarından Bakıya da pay düşür, – azərbaycanlı siyasi icmalçı Aqşin Kərimov hesab edir. Ekspertin sözlərinə […]

FHN qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir

Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də  onlar bir neçə məqama diqqət etməlidirlər: – buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin; […]

Mingəçevirdə yanğın: ölən və zəhərlənənlər var

Mingəçevirdə yanğın hadisəsi baş verib. Bizim.Media-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ş.İ.Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Yanğın nəticəsində mənzildə olan  bir kişi tüstüdən zəhərlənərək ölüb. O,  1940-cı il təvəllüdlü şəhər sakini Tərxanov Tofiq Şahlar oğludur. Yanğın zamanı tüstüdən zəhərlənən ikisi azyaşlı, 3-4  böyük olmaqla 5-5 nəfər  xəstəxanaya yerləşdirilib. Bir […]

Ali hüquq təhsilli və idman cüssəli gənclərə polis orqanlarında iş tapmaq fürsəti yaranıb

Müsabiqədə ali hüquq təhsilli, yaşı 28-dək, idman cüssəli, həqiqi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları (ancaq  oğlanlar) iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://mia.gov.az/index.php?/az/concent/29799/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket formalarını şəxsən dolduraraq elektron […]

Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Vüqar Mustafayevin həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Polşada nəşr olunan “Nafta-Gaz” jurnalının 2021-ci il, 9-cu buraxılışında dərc edilib. MDU əməkdaşının “İstifadə edilən cərəyanın qiymətinə görə tirsiz ştanqlı yağ nasosunun bərabərliyinin qiymətləndirilməsi” (ingilis dilində: “Estimation of the equality of the beamless sucker-rod oil pumping unit […]

Mingəçevir Dövlət Universiteti kollektivi Türyançay Dövlət Təbiət Qoruğuna ekskursiya edib

2021-ci ilin 18 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Türyançay Dövlət Təbiət Qoruğunda (TDTQ) ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün […]

Mingəçevir Dövlət Universiteti sahibkarlıq təhsili ilə bağlı konfrans və seminarda təmsil olunub

2021-ci ilin 9-10 dekabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) “Education HUB”-ın təşkilatçılığı ilə Avropa İttifaqı Gənclər üçün Proqramı çərçivəsində Bakı şəhərində keçirilən “Formal və qeyri-formal təhsildə (sosial) sahibkarlıq təhsili” mövzusunda konfransda və “(Sosial) sahibkarlığın öyrənilməsi” mövzusunda seminarda təmsil olunub. Sözügedən konfrans və seminarda MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Cəlil Bağırov və Sənayenin təşkili və idarəedilməsi kafedrasının […]

Mingəçevir Dövlət Universitetində tələbələr üçün karyera təlimləri keçirilib

2021-ci ilin 14-15 dekabr tarixlərində Mingəçevir Dövlət  Universitetində (MDU) tələbə və magistrantlar üçün karyera təlimləri təşkil edilib. Təlimlər təhsil və icma quruculuğu sahəsində ixtisaslaşan Resource HUB tərəfindən həyata keçirilən Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində Təlimçilər üçün təlim proqramından uğurla keçən MDU-nun müəllimləri Şəlalə Quliyeva və Lalə Rüstəmova tərəfindən baş tutub. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ş.Quliyeva […]

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]

Media nümayəndələri üçün SEO təlimləri davam edir.

İlk vebinar 17 dekabr tarixində, Zoom proqramı üzərindən baş tutub. Təlimdə 30-a yaxın media nümayəndəsi və media sahəsinə marağı olan şəxslər iştirak ediblər. Vebinarda SEO üzrə araşdırmaçı,USAİD-in Jurnalistika və Media Təlimçiləri proqramı üzrə mentorluq dərəcəsi almış Teymur Əzizov iştirakçılara media üçün hədəf auditoriyanın seçilməsi haqqında danışıb. Təlim zamanı yeni auditoriyanın xüsusiyyətləri, hədəf auditoriyanın cəlb olunması, […]