Browsing daily archive

Dekabr 19, 2021

Mingəçevir Dövlət Universiteti kollektivi Türyançay Dövlət Təbiət Qoruğuna ekskursiya edib

2021-ci ilin 18 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Türyançay Dövlət Təbiət Qoruğunda (TDTQ) ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün […]

Mingəçevir Dövlət Universiteti sahibkarlıq təhsili ilə bağlı konfrans və seminarda təmsil olunub

2021-ci ilin 9-10 dekabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) “Education HUB”-ın təşkilatçılığı ilə Avropa İttifaqı Gənclər üçün Proqramı çərçivəsində Bakı şəhərində keçirilən “Formal və qeyri-formal təhsildə (sosial) sahibkarlıq təhsili” mövzusunda konfransda və “(Sosial) sahibkarlığın öyrənilməsi” mövzusunda seminarda təmsil olunub. Sözügedən konfrans və seminarda MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Cəlil Bağırov və Sənayenin təşkili və idarəedilməsi kafedrasının […]

Mingəçevir Dövlət Universitetində tələbələr üçün karyera təlimləri keçirilib

2021-ci ilin 14-15 dekabr tarixlərində Mingəçevir Dövlət  Universitetində (MDU) tələbə və magistrantlar üçün karyera təlimləri təşkil edilib. Təlimlər təhsil və icma quruculuğu sahəsində ixtisaslaşan Resource HUB tərəfindən həyata keçirilən Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində Təlimçilər üçün təlim proqramından uğurla keçən MDU-nun müəllimləri Şəlalə Quliyeva və Lalə Rüstəmova tərəfindən baş tutub. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ş.Quliyeva […]