Browsing monthly archive

Noyabr 2021

Mingəçevir Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi İdarəetmə Birliyinin idarə heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, şəhər xəstəxanasının onkologiya şöbəsinin müdiri Abdulqadir Sultanov uzun müddətdir vakant olan Mingəçevir Mərkəzi Xəstəxanası publik hüquqi müəssisəsinin direktoru vəzifəsinə  təyinat alıb. Qeyd edək ki, o bu təyinata qədər Bakının tibb müəssisəsinə təyinat […]

STP-nin Zəfər Ağacı abidəsi Zəfər yarmarkasında nümayiş olunur

STP Şirkətlər qrupu Böyük qələbəmizdən sonra ilk dəfə qeyd etdiyimiz  8 noyabr, Zəfər Günü münasibətilə Zəfər ağacı abidəsi hazırlayıb. Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Zəfər ağacı paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış şəhidlərimizin adları yazılmış  3000 metal hərbi adlıqlardan ibarətdir.  Ağacın hündürlüyü  […]

Kiyev Milli İqtisadiyyat Universiteti Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib

Ukraynanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən olan Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi […]

Mingəçevir Dövlət Universitetində təlim-təcrübə proqramına start verilib

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün iki həftəlik təlim-təcrübə proqramına start verilib. Bu münasibətlə, 2021-ci ilin 1 noyabr tarixində “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov və MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov sözügedən proqramda iştirak hüququ […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 29 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üçün reallaşdırılan birgə fəaliyyət planına uyğun olaraq “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları qazi məzunu ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə universitetin məzunu, Vətən müharibəsi qazisi Elçin Abduləzimovu ziyarət edib. Qazi məzun ilə görüşdə müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən danışılıb. Vətən tarixinin şanlı səhifələrini yazan igid əsgər və zabitlərimizlə […]

Gəncədə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayır

Gəncə şəhərində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətnun təşkili” adlı layihənin icrasına başlanıb.  Bu barədə “Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyinin və layihənin rəhbəri Rövşən Novruzov “Mingəçevir işıqları” qəzetinə məlumat verib. O, bildirib ki, ictimai birliyin layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial xidmət […]

Mingəçevirdə Ermənistanın təcavüzü nəticəsində ziyan görən 41 tikilinin bərpası yekunlaşıb – FOTO

Ötən il 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox tikiliyə ziyan dəyib. APA-nın yerli bürosunun xəbərinə görə, dövlət başçısının tapşırığına əsasən, artıq 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması […]