Browsing monthly archive

Noyabr 2021

“44 gündə yazılan dastan” Mingəçevir Teatrının səhnəsində

“Füzulidə döyüşəndə cənub bölgəsindən olan bir əsgər yoldaşım ailəsiylə telefon bağlantısından sonra mənə iki yaşlı oğlunun ondan maşın istədiyini dedi. Amma o, Xocavənddə snayperin gülləsinə tuş gəldi və şəhidlik zirvəsinə ucaldı. Müharibədən sonra mən onlara getdim və onun körpə balasına maşın hədiyyə etdim”. Bu fikirləri İkinci Vətən Müharibəsindən qələbəylə qayıdan qazi Şövqi Qəhrəmanlı noyabrın 4-də […]

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzun Yusif Cəfərovun xatirəsini anıblar

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Yusif Cəfərovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhəri Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Bildirilib ki, […]

Məktəblilər Şəhidlər Xiyabanında

Mingəçevirdəki 19 saylı tam orta məktəbin 5c sinif şagirdləri Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar məzarların üzərinə gül dəstəsi qoyub, şəhidlərin xatirəsinə şeirlər söyləyiblər. Şagirdlərdən Fidan Əhmədli, Elmir Məmmədli, Xədicə Musayeva, Tunar Alıcanlı, Aynur Feyzullayeva və Aysu bacıları, Yusif Cavarlı, İntiqam Musazadə, Nigar İsrafilova, Fərid Rəcəbli, Ayşən Əşrəfova, Turan Mustafayev öz çıxışlarını Böyük Zəfərə, […]

300 000 Avro qrantı Azərbaycanda hansı şəhər alacaq: Şəki, Xırdalan, yoxsa Lənkəran?

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq. Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. O, Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını […]

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunan tədbir keçirilib

4 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında 8 noyabr – Zəfər Gününə həsr olunan ”44 günlük Vətən müharibəsinin canlı əfsanələri” mövzusunda tədbir keçirilib. Tədbirdə MDU-nun əməkdaşları, tələbə və magistrantları, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin, 14 saylı tam orta məktəbin, 12 saylı “Şəfa” körpələr […]

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design – KNUTD) “Mexatron sistemlər: innovasiyalar və mühəndislik” mövzusunda keçirilən V beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərinin qatıldığı konfransda Azərbaycandan MDU-nun […]

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirlib

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr -Zəfər Gününə həsr olunan “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans keçirilib. MDU-nun inzibati və akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Bəxtiyar […]

Paytaxtda çalışan müəllimlər bölgədə də dərslər aparır

Azərbaycan Turizm və Menecment Unuversitetinin 3 müəllimi cari tədris ilindən  Mingəçevir Turizm Kollecində “Zoom” platforması üzərindən turizmyönümlü fənlərin tədrisinə başlayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnsitutunun coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanova, Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm coğrafiyası” müəllimi Aynur Hüseynzadə və universitetin dissertantı Elnurə Əliyevadır. Hər 3 xanım tədris zamanı müvafiq dərslərə […]

Mingəçevir Dövlət Universitetində 3 saylı tam orta məktəblə birgə Zəfər Gününə həsr edilən tədbir keçirilib

2021-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr- Zəfər Günü”nə  həsr olunan “Zəfərin mübarək, ey Vətən!” adlı ədəbi-bədii tədbir keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər. Ərazi bütövlüyümüzün […]

“Məqsədimiz Ağdaş gənclərinə karyera inkişafında kömək olmaqdır”

Ağdaş nümayəndəliyi gənclərə xidmət göstərən qurumdur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi 2021-ci il may ayından etibarən fəaliyyət göstərir. Bu müddət ərzində onlarla layihələr həyata keçirilib, təlimlər aparılıb, silsilə klub fəaliyyətləri icra olunub. Rayon ərazisindən və kəndlərdən gələn gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bu məkanda imkanlar genişdir. Belə ki, gənclər yeni dostlar qazanaraq sosial […]