Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan konfrans keçirilib
6 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransa Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab […]