Browsing monthly archive

Noyabr 2021

Mingəçevirdə şəhər günündə unudulmaz anlar yaşandı

Bayramlar ayı olan noyabrda mingəçevirlilər şəhər gününün sevincini də yaşadılar. Noyabrın 11-də Mingəçevirin 73 yaşı iki nümunəvi məhəllənin açılışı və digər maraqlı tədbirlərlə yadda qaldı. Amma narahatlıq doğuran məsələlər də unudulmadı Noyabrın 11-də səhər tezdən yağan narın yağış  bayram libası geyinən Mingəçevirin küçələrinə ciyər dolusu udmaq istədiyimiz hava və təmizliyi gətirdi. Və bu damcıların altında […]

“Zəhər tuluğu” gəlir – Rəsmi tizer VİDEO

Taleh Yüzbəyov Youtube Video platformasında paylaşdığı videoya şərh olaraq bildirib ki, bu trailer deyil. Bir həftə sonra ikinci tizer, trailer isə bu ayın sonuna qədər paylaşılacaq. Filmi kinoteatrlarda izləyə biləcəksiniz. Xaricdə yaşayan həmvətənlərimiz üçünsə film bir müddət sonra stream servislərin birində paylaşılacaq. “Zəhər tuluğu” filmi 23 dekabr tarixindən ölkənin BÜTÜN kinoteatrlarında yayıma başlayır.

Mingəçevir Dövlət Universitetində Dünya Elm Gününə həsr olunan seminar keçirilib

10 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və 10 noyabr – Sülh və İnkişaf Naminə Dünya Elm Gününə həsr olunmuş “Elm və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları […]

Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

7 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rahim Tağıyev və Rüstəm Əhmədovun, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan universitetin məzunları Oruc Nəcəfli, Əzəmi Hüseynov və Kənan Abdullayevin, həmçinin hazırda övladı universitetdə təhsil alan şəhid Yasən Əhmədovun ailələrini ziyarət ediblər. Ailə […]

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan tələbə elmi konfransı keçirilib

2021-ci ilin 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransda giriş […]

Sumqayıtdakı STP-AH MMC-də partlayış nədən baş verib?

“Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye  halında olan  kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan  təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına […]

Havaya buraxılan balonların üzərində azad olunan ərazilərin adları yazılmışdı

Qarabağda Azərbaycan ordusunun 8 noyabr qələbəsinin-Zəfər Gününün birinci ildönümünün qeyd olunması Heydər Əliyev meydanında atəşfəşanlıqla sona çatdı. Meydana toplaşanlar axşam saatlarında Mingəçevirin səmasının rəngarəng füşənglərlə işiqlandığının şahidi oldular.  Azərbaycan bayraqlarının dalğalanması, vətənpərvərlik haqqında səslənən musiqilər şəhər sakinlərinin ruhuna ruh qatdı. Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi isə […]

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan mühazirələr keçirilib

2021-ci ilin 3-7 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) 44 günlük Vətən Müharibəsinə və Qarabağ Zəfərinə həsr olunan silsilə mühazirələr keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Beş gün müddətində davam edən mühazirə proqramına uyğun olaraq, MDU-nun Humanitar fənlər kafedrasından baş […]

“Bircə ayağı qalmışdı…” – HƏRBİ HƏKİM MÜHARİBƏDƏN DANIŞIR

Ürəyi vətən sevgisi və insana mərhəmət hissi ilə döyünən Həkim-cərrah! Bəli, mingəçevirli həkim-cərrah Kərim Laçın oğlu Kərimovu yaşadığı şəhərin insanları da, çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları da belə tanıyır. O, 44 günlük Vətən savaşının ilk günlərindən etibarən əlinə silah alıb, könüllü olaraq vətənin müdafiəsinə yola düşüb. Əslində bu Kərim Kərimovun ilk vətənpərvər addımı deyildi. O həm […]

Mingəçevirdə Zəfər günü

Noyabrın 8-də Mingəçevirdə Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gəldilər. Burada uyuyan bütün şəhidlərin, eyni zamanda itkin düşmüş hərbçilərimizin xatirəsi yad olundu. Gənc qazilər əllərində  portretlərini tutduqları şəhidlərimizin bir-bir adlarını çəkərək, uca səslə burda olduqlarını dedilər, Himnimizi ifa etdikdən sonra şəhidlərin adları yazılmış balonları havaya buraxdılar. Həmin gün şəhərdə […]