Browsing monthly archive

Noyabr 2021

Mingəçevir Dövlət Universitetində “Biznes Marafonu” təlimləri keçirilib

2021-ci ilin 13-17 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü, “Careerland” təhsil mərkəzinin dəstəyi və “Dadaşsoy” Biznes Məktəbinin təşkilatçılığı ilə “Biznes marafonu” layihəsi çərçivəsində təlimlər keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan təlimlərdə universitetin tələbə və magistrantları iştirak ediblər. Diqqətə çatdırılıb ki, təlimlər tələbələrdə biznes psixologiyasının formalaşdırılması, bacarıqların üzə çıxarılması […]

Mingəçevir Dövlət Universitetində İKT təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşəbbüsü ilə İKT təlim kurslarına start verilib. Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbələrin və magistrantların İKT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn və ənənəvi formatlarda təşkil olunan təlim kurslarının müntəzəm olaraq cari tədris ilinin payız və yaz semestrlərində keçirilməsi nəzərdə tutulub. […]

Şəhid Elmin Əlizadə torpağa tapşırıldı

Dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 2 gün əvvəl həlak olan Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu noyabrın 18-də Mingəçevirdə dəfn edilib. “Unikal”ın məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib. Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə […]

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Sözün sehri” adlı layihə hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə elan olunan “Nizami ili” çərçivəsində  Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və ELTV ilə birgə “Sözün sehri” adlı müştərək layihə hazırlayıb. Layihə Nizaminin əsərləri əsasında 14 yaş və daha böyük yaş kateqoriyasından olan şəxslərin iştirakı nəzərdə tutulan qəzəl müsabiqəsindən ibarətdir. Ağdaş […]

Quba-Xaçmaz və Gəncə-Qazax regionlarının fermerləri, gözünüz aydın!

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycan üçün yeni model, 5 illik strategiya və pilot regionlarda bu xidmətlərin təminatı üzrə 3 illik plan hazırlanır.  Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı həyata keçirir. Bu haqda Aİ-nın Azərbaycan Nümayəndəliyindən qəzetimizə məlumat verilib. Layihəyə cəlb edilmiş beynəlxalq ekspert Kiaran Qannon qarşıdakı 6 ayda […]

Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı

Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 16-da şəhərdəki 4 saylı orta məktəbdə şagirdlərlə görüşüb, onları narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsiredici maddələrin insan sağlamlığına vurduğu fəsadlar barədə danışıb və bildirib: “Narkomaniya qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”. “Maarifləndirmə […]

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib

13 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Qarabağ: tənəzzüldən tərəqqiyə gedən yolda gənclərin rolu” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər […]

İnsanlar odla oynayırlar

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf […]

Qasım bəy hamamı 30 ildən sonra ziyarətçilərin üzünə açılır

16 noyabrda  saat 18.00-20.30-da  “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Muasir İncəsənət Sərgisi açılacaq. Açılış  İçəri şəhərdə yerləşən və ”Yaşıl aptek” kimi tanınan tarixi memarlıq abidə olan Qasım bəy hamamında baş tutacaq. Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda bildirilir ki, sərgi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi […]

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin tələbələri arasında Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib

13 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn bilik yarışı keçirilib. Yarışda hər biri 6 tələbədən ibarət 8 komanda mübarizə aparıb. Komandalardan altısı BDU-nu, ikisi isə MDU-nu təmsil […]