Browsing daily archive

Noyabr 28, 2021

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin XII elmi-praktiki konfransı keçirilib

25 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə  Elmi  Cəmiyyətinin (TEC) XII elmi-praktiki konfransı keçirilib. ”Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər. Konfransda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov tələbələrin elmi fəaliyyətə cəlb […]

Mingəçevir Dövlət Universiteti “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı beynəlxalq konfransa tərəfdaşlıq edib

Mingəçevir Dövlət Universiteti (MDU) 25-26 noyabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100, ADPU Quba filialının 30 illiyinə həsr olunan “Regionlarda  ali təhsil: reallıqlar  və  perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransın əsas tərəfdaşlarından biri olub. Konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan, Moldova və Şimali Kiprin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərləri və əməkdaşları […]