Browsing daily archive

Noyabr 26, 2021

Mingəçevir Dövlət Universiteti doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransında təmsil olunub

2021-ci ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçirilib. Mingəçevir Dövlət Universitetini (MDU) konfransda rektor Şahin Bayramov və 17 nəfər gənc akademik heyət üzvü təmsil edib. Konfransın açılış mərasimində təhsil […]

Vətəndaş cəmiyyəti institutları ilə Ombudsmanın əməkdaşlığını necə gücləndirə bilərik?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ombudsman Aparatı tərəfindən Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu barədə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib.  Bu barədə GİZ-in proqram məsləhətçisi Şakir Səfərbəyov “Mingəçevir işıqları” qəzetinə məlumat verib. Onun sözlərinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə  “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı və Azərbaycan Respublikasının […]