Browsing daily archive

Noyabr 23, 2021

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib

22 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib. Seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar. Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin […]

Mingəçevir Dövlət Universitetində bilik yarışı keçirilib

20 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçlığı ilə Mingəçevir Gənclər Evində “Dirçəliş” adlı bilik yarışı keçirilib. “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında təşkil olunan bilik yarışında universitetin tələbə və gənc əməkdaşlarından ibarət 9 komandası mübarizə aparıb. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü […]

Türkiyəli beynəlxalq təlimçilər Mingəçevir Dövlət Universitetində olublar

19 noyabr 2021-ci il tarixində türkiyəli beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov qardaş ölkədən gələn beynəlxalq təlimçilərin universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən rektor MDU-nun tərəfdaş olduğu Türkiyə universitetləri […]

Mingəçevir Dövlət Universitetinin nümayəndələri YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu  ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı ağac əkmə kompaniyası keçirib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiyanın fəalları ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib. Kompaniyaya Mingəçevir Dövlət Universitetinin fəalları da qoşulub. Kampaniya çərçivəsində Heydər Əliyev prospekti və Samux küçələrində baş tutan ağacəkmə aksiyasında […]