Browsing daily archive

Noyabr 13, 2021

Mingəçevir Dövlət Universitetinin tələbəsi təhsilini Avropada davam etdirir

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nadir Hüseynov Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində cari semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində təhsil almaq imkanı qazanıb. Bununla əlaqədar olaraq, oktyabrın 30-dan Rumıniyanın Braşov şəhərinə yola düşən N.Hüseynov təhsil proqramına müvafiq olaraq beş fənn üzrə dərslərə qatıldığını və təhsil müddətinin dörd ay davam edəcəyini bildirib. […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 12 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun  “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova moderatorluq edib. […]

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəviyə həsr olunan bədii qiraət müsabiqəsi keçirilib

12 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə hər iki universitetin əməkdaşları, tələbə və magistrantarı iştirak ediblər. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsiblinin aparıcılığı […]

Mingəçevir Dövlət Universitetinin Vətən müharibəsi iştirakçısı olan məzununa bakalavr diplomu təqdim edilib

12 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə ali təhsilini başa vuran universitetin 44 günlük Vətən Müharibəsində iştirak etmiş tələbəsi Rizvan Yusibovla görüşüb. Görüşdə MDU-nun müvafiq inzibati heyət üzvləri də iştirak ediblər. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

11 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü, Konstitusiya günü və […]

Mingəçevir Dövlət Universitetində “Atəşgah” Sığorta Şirkətinin əməkdaşları ilə görüş keçirilib

11 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Atəşgah” Sığorta Şirkətinin əməkdaşları universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə görüşüblər. Görüşdə “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov, Gəncə filialının müdiri Zaur Qurbanov və müdir müavini Orxan Qurbanov, mütəxəssislər Aytən Mirzəyeva və Aysel Mahmudova iştirak ediblər. Görüş zamanı MDU […]

Mingəçevir Dövlət Universitetində “Narkomaniyaya yox deyək!” mövzusunda seminar keçirilib

11 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Seminarda giriş sözü ilə çıxış edən Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusifova bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyaya qarşı mübarizədə maarifləndirici […]