Məktəblilər Şəhidlər Xiyabanında
Mingəçevirdəki 19 saylı tam orta məktəbin 5c sinif şagirdləri Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar məzarların üzərinə gül dəstəsi qoyub, şəhidlərin xatirəsinə şeirlər söyləyiblər. Şagirdlərdən Fidan Əhmədli, Elmir Məmmədli, Xədicə Musayeva, Tunar Alıcanlı, Aynur Feyzullayeva və Aysu bacıları, Yusif Cavarlı, İntiqam Musazadə, Nigar İsrafilova, Fərid Rəcəbli, Ayşən Əşrəfova, Turan Mustafayev öz çıxışlarını Böyük Zəfərə, […]