Kiyev Milli İqtisadiyyat Universiteti Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib
Ukraynanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən olan Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi […]