Mingəçevir Dövlət Universitetində “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib
27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında […]