Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığın əsası qoyulub
2021-ci ilin 15 oktyabr tarixində Lənkəran Dövlət Universitetində (LDU) Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan elmi-nəzəri konfrans keçirilib. Lənkəranda səfərdə olan MDU-nun rəhbər və akademik heyət üzvlərindən ibarət nümayəndə heyətinin qatıldığı konfransda hər iki universiteti təmsil edən müəllim və tələbələrin “Microsoft Teams” platforması üzərindən onlayn iştirakı […]