Mingəçevir Dövlət Universitetinin tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib
2021-ci ilin 11 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyat keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransa MDU-dan layihə üzrə aidiyyəti akademik və inzibati heyət üzvləri də qatılıblar. […]